Dərc edilib: 15-07-2018

https://www.nuh.az/16527-.html

Qazax istiqamətində erməni kəşfiyyatçısı ələ keçirildi

15.07.2018 12:06:06

Reportaj

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. 
Qaynarinfo Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib