Dərc edilib: 15-07-2018

https://www.nuh.az/16531-.html

DİN-in şöbə rəisi kabinetində vəfat etdi

15.07.2018 15:18:39

LIVE

Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən 17:30 radələrində baş verib.

Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib. Həkim gələnə kimi isə vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib