Dərc edilib: 16-07-2018

https://www.nuh.az/16538-.html

Rəşad Böyükkişiyev necə öldürüldü? - Fotolar

16.07.2018 11:42:13

Günün sitatı

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həmin əməliyyatın ffotoları yayılıb. Fotolarda əməliyyatı həyata keçirən DİN-in “Aslanlar” xüsusi təyinatlı dəstəsi və məhv edilən R. Böyükkişiyevin cəsədi öz əksini tapıb. 

Xatırladaq ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb. 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib