Dərc edilib: 18-07-2018

https://www.nuh.az/16561-.html

Deputat müalicə - sağlamlıq mərkəzi tikdirir

18.07.2018 14:45:00

Cəmiyyət

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəyir.


“Qafqazinfo” xəbər verir ki, bu haqda xəbəri Contact.az yayıb. Xəbərdə bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.

Sayt yazır ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.

Məlumata görə, müalicə-sağlamlıq mərkəzinin layihəsini “Arxdizayn MS” hazırlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib