Dərc edilib: 21-07-2018

https://www.nuh.az/16594-.html

Azərbaycanlı qadınları Türkiyədə satan Güllər Məmmədova həbs olundu

21.07.2018 12:35:14

Kriminal

Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.

 

  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib