Dərc edilib: 21-07-2018

https://www.nuh.az/16596-.html

Bakıda jurnalistə çətin anlar yaşatdılar – Yol kənarını “Ləbləbi” restoranına kim satıb? – FOTO

21.07.2018 13:26:04

Reportaj

Paytaxt sakinləri park yeri problemindən əziyyət çəkir. Mərkəzi küçələr pullu dayanacağa çevrilib. Pullu olmayanlar isə ayrı-ayrı adamların yaxşıca qazanc yeridir. Belə küçələrdən biri də, paytaxtın Üzeyir Hacıbəyov küçəsidir. Daha doğrusu “Azərpoçt”un qarşısıdır. Belə ki, Azadlıq prospektindən Üzeyir Hacıbəyov istiqamətinə gedərkən yolun sol tərəfinə avtomobili park etmək üçün işarə vurulub.

Elə jurnalist Ülvin Məhəmməd də sosial şəbəkədə bu mövzuya toxunub. Jurnalist bildirir ki, avtomobilini Üzeyir Hacıbəyov küçəsində (Azadlıq prospektindən Üzeyir Hacıbəyov istiqamətinə gedərkən yolun sol tərəfində) park edərək gedib, qayıdarkən xoşagəlməz halla rastlaşıb:

“Dünən paytaxtın Üzeyir Hacıbəyov küçəsində başıma iş gəlib. Deməli, maşınımı qanuni şəkildə park etmə yeri olan "Azərpoçt" istiqamətində saxlayıb getmişəm. Qayıdanda görürəm ki, iki maşın mənim avtomobilimin qabaq və arxasında elə saxlayıb ki, heç bir qarış da məsafə yoxdu. Avtomobil sahibləri isə, nə bir nömrə qoyub, nə də ki…
Haçanda-haçana orta yaşlı bir kişi mənə yaxınlaşasan ki, niyə maşınını burda saxlamısan, dedi? Kimliyini soruşanda, bu ərazinin "parkovşiki" olduğunu bildirdi. Düzü, orada heç bir park ödənişi etmək üçün aparat-filan yoxdu. Heç bu biqəfilin əynində hansısa xəbərdaredici geyim yoxdu. Sadəcə bu kişi özünə yaxşıca biznes qurub. 
Kişiylə bir uzun söhbətimiz oldu, gah dedi maşın sahiblərini tanımıram, gah da dedi bu ərazi "Ləbləbi" resroranınındır və s. Hətta fikrini sübut etmək üçün, yol kənarında olan sarı zolağın ağ zolaqla əvəz edilməsini də göstərdi ki, bu ərazini restoran alıb??? Kişi ilə söhbətimiz əsnasında qolu yoğunun biri bizə yaxınlaşasan ki, nə problem var? Sanki onu çağıran oldu. Nəhayət uzun çək-çevirdən sonra, məlum oldu ki, avtomobilimin qabaq hissəsində saxlayan, iki maşının arasındna hava keçməyə imkan verməyən şəxs "Ləbləbi" restoranının işçisidir. Məqsədləri isə, sadəcə "çujoy" maşın sahibinin cəzalandırılması olub.
Amma başa düşə bilmədim, bu ərazini onlara kim satıb – Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Xüsusi Təyinatlı Avtomobil İdarəsi, yoxsa Bakı Nəqliyyat Agentliyi? Hər halda "parkovşik"in cibinə gedən pulların da, cavabı verilməlidir”.


 

Restoranın qarşısında sarı zolağın ağ zolaqla əvəz edilməsinə kim göstəriş verib?

 

Yol elə bir yerdir ki, ictimai əhəmiyyət daşıyır. Yolun həm hərəkət hissəsində, həm də səkisində hamı üçün rahat, fasiləsiz, təhlükəsiz hərəkət olmalıdır. Qanunvericilikdə göstərilir ki, yollarda həyata keçirilən bütün işlər, yolun sahibi və yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqanla razılaşdırılmalıdır. Azərbaycan qanunvericiliyinə görə Bakı şəhərindəki bütün küçə və prospektlərin sahibi dövlətdir. Dövlət adından idarəçiliyi isə «Azəryolservis» həyata keçirir. DYP isə bütün bu işlərin hamısına nəzarət edir. Bu iki qurumun razılığı olmadan yola tökülən xəzəli də süpürmək olmaz. Süpürmək üçün iş qarafiki gərək həmin orqanlarla razılaşdırılsın. Amma onlarla heç kim razılaşmadı və parkomatları hara gəldi düzməyə başladılar. Amma Üzeyir Hacıbəyov küçəsində, “Azərpoçt”un qarşısında parkomat yoxdur. Sadəcə, olaraq orada ərazinin bir hissəsini “Ləbləbi” restoranı, digər hissəsini isə mülki bir şəxs zəbt edərək qazanc yerinə çeviriblər. 

Jurnalist Ülvin Məhəmməd bizimlə söhbətində bildirdi ki, “Ləbləbi” çay evinin işçisi ona yolun kənarına çəkilmiş sarı zolağın məhz restoranın qarşısında olan hissəsinin ağ rənglə çəkilməsi onların sifarişi ilə həyata keçirilib. Yəni həmin hissədə ancaq bu restorana gələn müştərilər avtomobil saxlaya bilər.

Amam jurnalist bildirir ki, həmin ərazinin restorana aid olmasını bildirən hansısa xüsusi levhə, yaxud işarə yoxdur. Ərazidə sadəcə “P” – park işarəsi var. Amma belə olan halda, restoran təmsilçisinin, yaxud avtomobil sahiblərindən qanunsuz pul yığan “parkovşik”in iddia etməsi sual doğurur.


 

Bakı Nəqliyyat Agentliyi məsələyə münasibət bildirməlidir

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib. Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyinə, Nazirlər Kabinetinə və Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Fərmanla bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, əsas və maraqlı yeniliklər olacaq. Belə ki, ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq. Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək. Bundan başqa, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.

Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək. Yəni, bundan sonra bütün svetoforlar BNA-nın tabeliyindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Lakin çox güman ki, idarəetmə mexanizmi DYP ilə birlikdə təşkil ediləcək,

Fərmana əsasən, Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq.

Kivnews.com


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib