Dərc edilib: 21-07-2018

https://www.nuh.az/16602-.html

Heydərovun Neptunu alıcıları aldadır

21.07.2018 15:08:13

Maraqlı

 

Bir neçə gün əvvəl   "Neptun"  supermarketində  alıcılara  vaxtı  keçmiş məhsulların satılması ilə bağlı məlumat yayılmışdı. 
NUH.az-a daxil olan məlumata görə,  "Neptun"  supermarketi  fövqəladə  hallar naziri Kəmaləddin Hüeydərovun biznes şəbəkəsinə daxildir. 
***
Paytaxtın Tbilisi prospektində yerləşən "Neptun" supermarketində istifadə müddəti bitmiş ərzaqlar satılır.
Bu barədə  mediaya   mağazanın müştərilərindən biri məlumat verib. O, bu gün supermarketdən "Oreo" firmasının peçenyesini aldığını, lakin sonradan istifadə müddətinin bitdiyini görüb:
"Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də, hələ də vitrində satılır. Xahiş edirəm məsələni işıqlandırın ki, insanlar məhsul alarkən daha diqqətli olsunlar", - deyə müştəri qeyd edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib