Dərc edilib: 21-07-2018

https://www.nuh.az/16604-.html

Bu gün şəhid olan Səməd Alışov kimdir?

21.07.2018 16:47:16

Region

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

 

  Qaynarinfo xəbər verir ki, Səməd Alışov Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində həyatını itirib. Əldə etdiyimiz məlumata görə, o, Qəbələ rayonunun Zirik kəndində doğulub. Fiziki məhdudiyyətli bir qardaşı var. Hərbi xidmətini başa vurmağına 2 ay qalmışdı. Allah şəhidimizə rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib