Dərc edilib: 21-07-2018

https://www.nuh.az/16607-.html

Bu şəxs liftdə 11 yaşlı qıza təcavüz edib? - İddia+Foto

21.07.2018 17:14:32

Müsahibə

“İzləyicilərimdən biri mənə belə bir məlumat göndərib ki, şəkildə gördüyünüz bu şəxs yeni tikililərdən birində onun 11 yaşlı qızına təcavüz edib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Şahzadə Nazlı adlı istifadəçi sosial şəbəkədə yazıb. Məsələylə bağlı izləyiciyə yazan şikayətçi ana iddia edib ki, uşaq evə gələrək qorxa-qorxa pedofilin liftdə ona toxunduğunu, öpdüyünü nənəsinə və anasına danışıb.

Məsələni ictimailəşdirən Şahzadə Nazlı qeyd edib ki, binanın komendantından hadisənin videogörüntüləri də əldə olunub və o, özü videonu şəxsən izləyib:

“Qadın uşağının psixologiyasına zərbə olmasın deyə videonu paylaşmamağımı xahiş etdi və məsələni polis vasitəsilə də həll etmək istəmir. Onu özü tapıb cəzalandıracağını deyir. Həmçinin qız uşağının gələcəyinə görə adının və ya görüntülərinin yayılmamasını da xahiş etdi”.

Qeyd edilir ki, uşağın atası yoxdur anası və nənəsi onu tək böyüdürlər. Ana xahiş edir ki, görüntülərdəki şəxsi tanıyan olarsa bu haqda ona bildirsin və bu fotonun daha çox yayılmağına yardımçı olsun.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib