Dərc edilib: 23-07-2018

https://www.nuh.az/16615-.html

Qubadakı qətl hadisəsində Eldar Mahmudovun adı hallanır ŞOK

23.07.2018 12:46:06

Cəmiyyət

NUH.az-a  daxil olan  məlumata görə, 2016-cı ildə  Qubanın Qırmızı Qəsəbəsində yəhudi millətindən olan biznesmen qadın  öz evində vəhşicəsinə öldürülüb. Evdən 4 kiloqram qızıl  və külli miqdarda pul aparılıb. Cinayətin üstü uzun müddət açılmayıb. 

Mənbənun məlumatına görə, oğurlanmış  qızlları  bir neçə gün əvvəl  Sabirabad-Saatlı  bölgəsində satanlar həbs olunub. Ümumiyyətlə, qətl hadisəsi ilə bağlı  11 nəfər, o cümlədən, Raqib və Əlibala adlı şəxslər saxlanılıb.  

Ən dəhşətlisi odur ki, ölüm işində keçmiş MTN şefi  Eldar Mahmudovun yaxın adamının adı hallanır. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib