Dərc edilib: 23-07-2018

https://www.nuh.az/16623-.html

3 yaşlı İsmayılın tapılandan sonrakı ilk kadrları - Video

23.07.2018 17:30:25

Maraqlı

Ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib. *** Bir neçə saat bundan əvvəl tapılan 3 yaşlı İsmayılın əmisi Məhəmməd Məsimov “Qafqazinfo”ya açıqlama verib. O, uşağın hazırda xəstəxanada olduğunu bildirib: “Bir saata yaxındır ki, İsmayıl tapılıb. Uşağın vəziyyəti yaxşıdır. İndi yanımda deyil, xəstəxanadadır. Üzündə az-maz cızıqlar var, yüngülvari yaralanıb. Meşənin içərisində çayın kənarında tapılıb. Hələlik bu barədə məlumatımız var”. Fotolar: APA

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib