Dərc edilib: 24-07-2018

https://www.nuh.az/16631-.html

Gəncədə Heydər parkına pullu giriş:Qoşqar Məmmədovun Türkiyə “təcrübə”si-VİDEO

24.07.2018 13:37:09

Region

İnternetdə Gəncə şəhər, Nizami bələdiyyəsi haqda o qədər də məlumatyoxdu.
Qısaca yazılıb ki, Nizami (Gəncə ş.) bələdiyyəsinin ərazisi – 3982,19 hektardır.
Rayonda – 7 prospekt, 193 küçə və 3 böyük yaşayış massivi yerləşir (Yeni-Gəncə, Mahrasa- bağı, Gülüstan )
Əhalinin sayı-150605 nəfərdir 
Bələdiyyənin sədri - Məmmədov Qoşqar Əjdər oğlu.
Azerinfo.tv bildirir ki, Qoşqar Məmmədovun bu ilin mayında Türkiyə səfəri haqda da xeyli məlumat var. Bələdiyyə sədri qardaş ölkədə xeyli görüşlər keçirib. Orada Heydər Əliyev abidəsi fonunda çəkdirdiyi şəkilləri də mətbuatda dərc etdirib.
Ancaq cənab sədr nədənsə Azərbaycana qayıtdıqda qəribə biradım atıb. Ölkədə Heydər Əliyev adına onlarla park var. Bu parkların hamısı təmənnasz.pulsuz olaraq vətəndaşların ixtiyarına verilib.
Gəncədə isə Heydər Əliyev parkına giriş pulludur. İçəri girənlərdən 50 qəpik istənilir. Qapıda pul istəyənlər bunu bələdiyyə sədri Qoşqar Məmmədovun əmri ilə olduğunu deyir.
Deyəsən Türkiyə təcrübəsini Qoşqar Məmmədov tərsinə anlayıb. Gəncədəki indiki həssas məqamda vətəndaşların əsəbi ilə oynamağın nə olduğunu bələdiyyə sədri anlayırmı.
Mövzuya qayıdacağıq.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib