Dərc edilib: 24-07-2018

https://www.nuh.az/16632-.html

"Patron" günəbaxan tumunun içərisindən it nəcisi çıxıb

24.07.2018 14:02:19

Dünya
"Patron" günəbaxan tumunun içərisindən it nəcisi çıxıb.
 
Bu barədə Qaynarinfo-ya Şabran şəhər sakini məlumat verib. O, uduşlu olduğu üçün "Patron" tumunu aldığını, lakin tumun qabını açarkən bəxtinə it nəcisi çıxdığını bildirib.
 
Bu, "Patron" tumlarının hansı şəraitdə qablaşdırıldığının bariz nümunəsidir.
 
Qeyd edək ki, Tərtər rayonunda istehsal olunan "Patron” tumlarının üstündəki reklamdan aydın olur ki, istehsalçı alıcılara uduşlu lotereya qazanmaq fürsəti verir. Amma görünür "Patron”un içindən çıxan da elə binəva istehlakçıya özünəməxsus bir "hədiyyədir”...
 
Məsələyə aydınlıq gətirmələri üçün "Patron" şirkəti ilə əlaqə saxladıq. Lakin şirkətin Elvin adlı nümayəndəsi bununla bağlı ağlabatan bir açıqlama vermədi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib