Dərc edilib: 24-07-2018

https://www.nuh.az/16633-.html

Bakı metrosunda qatar adam vurdu

24.07.2018 15:23:31

Reportaj

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.
Hadisə şahidlərinin məlumata görə, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.
Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.   
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov APA-ya faktı təsdiqləyib: "Bu gün saat 13:41-də "Neftçilər" stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub".

NUH informasiya agentliyi səhifəsindən çap edilib