Dərc edilib: 25-07-2018

https://www.nuh.az/16640-.html

Ruzomberok Katolik Universitetinin nümayəndəsi BSU-da olub

25.07.2018 12:33:07

Mədəniyyət

İyulun 24-də Slovakiyanın Ruzomberok Katolik Universitetinin Beynəlxalq şöbəsinin baş mütəxəssisi Peter Nemek Bakı Slavyan Universitetində (BSU) qonaq olub.

 

Qonaqla görüş zamanı BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov universitetin yetmiş illik tarixi, buradakı tədris prosesi, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, o cümlədən BSU-nun beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Professor T.Cəfərov BSU-da rus dili ilə yanaşı polyak, Belarus, Ukrayna, bolqar, çex, yunan, o cümlədən fransız, ingilis, alman dillərinin tədrisindən danışıb. O, universitetin Balkan ölkələri, digər slavyan dilləri və mədəniyyətləri üzrə yeni tədris-mədəniyyət mərkəzləri, ixtisaslar açmaqda maraqlı olduğunu vurğulayıb. BSU-da təhsil alan əcnəbi tələbələrin Azərbaycan mədəniyyətinə, tarixinə olan marağının günü-gündən artdığını deyən Telman Cəfərov xarici universitetlərin aparıcı mütəxəssislərinin BSU-da keçirdiyi seminarlar, treninqlərdən də söz açıb. O qeyd edib ki, BSU-da yaradılan multikultural mühit, dünya ölkələrinin mədəniyyətinin yerli tələbələr tərəfindən maraqla öyrənilməsi, xarici dövlətlərin dövlət rəsmilərinin BSU-ya tez-tez baş tutan səfərləri bu universitetin imkanlarından və perspektivindən xəbər verir. BSU-nun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirən Peter Nemek gələcəkdə bu universitetlə Ruzomberok Katolik Universiteti arasında əməkdaşlığın qurulmasından məmnun qalacaqlarını bildirib. P.Nemek qeyd edib ki, təmsil etdiyi universitet gənc olmasına baxmayaraq, fəaliyyətə başladığı 2000-ci ildən bəri artıq dünyanın bir çox tanınmış universitetləri ilə yaxın əlaqələr qurub. Qonaq “ERASMUS+” çərçivəsində Ruzomberok Katolik Universitetinin Avropanın, o cümlədən Qafqazın qabaqcıl universitetləri ilə tərəfdaşlıq müqavilələrinin nəzərdə tutduğunu diqqətə çatdırıb. Bu universitetlərin sırasında Bakı Slavyan Universitetini də görmək arzusunda olduqlarını deyən Peter Nemek əməkdaşlığın ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ təşkil edəcəyini vurğulayıb. O, müəllim kimi təmsil etdiyi pedaqoji fakültə ilə BSU-nun təhsil ixtisasları üzrə mütəxəssis hazırlayan fakültələri arasında birbaşa əlaqələrin qurulması imkanları barədə təkliflərini səsləndiriib. Görüş çərçivəsində universitetlərdə tələbələrin yüksək səviyyəli təhsil alma-ları üçün vacib məsələlər müzakirə olunub. Kitabxanalarda yaradılan şəraitdən söz açan görüş iştirakçıları elektron kitabxanaların, universitet müəllimlərinin müha-zirələrinin universitetin rəsmi portalında tələbələr üçün elektron formada yerləş-dirilməsinin əhəmiyyətindən danışıblar. Sonda qonaq BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri, laboratoriyalar, dərs otaqları ilə tanış olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib