Dərc edilib: 25-07-2018

https://www.nuh.az/16641-.html

Nabranda itkin düşən uşaq, əslində oğurlanıb

25.07.2018 12:58:27

Reportaj

Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.


Bu fikirləri “Ölkə.az”a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

“Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular”.

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb: “Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib