Dərc edilib: 25-07-2018

https://www.nuh.az/16646-.html

“Bizimxəbər Media Mərkəzi” MMC yaradıldı

25.07.2018 14:29:20

Hadisə

8 ildir İnformasiya Portalı kimi fəaliyyət göstərən Bizimxeber.az bundan sonra “BizimXəbər” Media Mərkəzi” MMC-nin bazasında fəaliyyətini davam etdirəcək. Artıq MMC Vergilər Naziriliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Media Mərkəz ölkədə və dünyada baş verən hadisələrin içtimaiyyətə çatdırılması ilə yanaşı, əsasən Dağlıq Qarabağ probleminin, Xocalı Soyqırımının bütün dünyaya çatdırılmasında, Azərbaycanın müstəqil, güclü, demokratik dövlət olaraq bütün dünyaya təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

“BizimXeber Media Mərkəzi” ölkə daxili media qurumları ilə yanaşı, Beynəlxalq diaspora təşkilatları, Avropadakı media quruluşları ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Mərkəz hər bir rəsmi dövlət qurumu, QHT, İçtimai Birlik, media orqanı, ölkəmizi sevən hər şəxs üçün açıqdır və dəqiq, balanslı, operativ məlumatların içtimaiyyətə, dünyaya çatdırılmasında maraqlıdır.

Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib