Dərc edilib: 25-07-2018

https://www.nuh.az/16652-.html

Prezident sərəncam imzaladı: büdcədən 2 milyon ayrıldı

25.07.2018 18:34:25

Siyasət

Prezident İlham Əliyev "Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib