Dərc edilib: 25-07-2018

https://www.nuh.az/16655-.html

“Nar” yeni dizaynlı mağazasını təqdim etdi - Fotolar

25.07.2018 23:30:29

Reportaj

“Nar” Bakı şəhəri, Hüseynbala Əliyev 4 ünvanında, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən diler mağazasının açılışını edib.

 

NUH.az   xəbər verir ki, yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası Nəsimi rayonu və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Mağazada “Nar” nömrələrin satışı ilə yanaşı, “Nar” nömrələrin sifarişi və zədələnmiş “Nar Kart”ların yüklənməsi kimi xidmətlər həyata keçirilir. “Nar” abunəçilərinə rahat və keyfiyyətli müştəri xidmətləri göstərmək üçün mağaza mobil operatorun brend qaydalarına uyğun təmir olunub və artıq fəaliyətə başlayıb. Qeyd edək ki, mağaza həftənin bütün günləri, saat 10:00-19:00 arası işləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib