Dərc edilib: 28-07-2018

https://www.nuh.az/16678-.html

Robert Koçaryan həbs olundu

28.07.2018 11:32:35

Günün sitatı

Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Aram Orbelyan deyib: “Məhkəmə həbs qərarı çıxardı. Başqa heç nə deyə bilmərəm. Qalan hər şeyi sabahkı mətbuat-konfransında açıqlayacağıq”.

Ermənistanda qəbul edilmiş prosedura əsasən, məhkəmə istintaq yekunlaşanadək ən azı 2 aylıq həbs nəzərdə tutur.

Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır. Ona qarşı eyni zamanda konstitusion quruluşun devirməsi ittihamı da irəli sürülüb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib