Dərc edilib: 28-07-2018

https://www.nuh.az/16679-.html

Azərbaycanda sahibkara silahlı hücum edildi

28.07.2018 13:14:46

Hadisə

Ağstafada ferma sahibi həmkəndlisini öldürəcəyi ilə hədələyərək atəş açıb. 
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, ötən gün Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevitapança ilə öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.
Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib