Dərc edilib: 29-07-2018

https://www.nuh.az/16684-.html

Sumqayıtda baş verən partlayışın görüntüsü yayıldı - VİDEO

29.07.2018 12:03:06

Günün sitatı

Ötən gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. 

Qaynarinfo-nun FHN-ə istinadla verdiyi məlumata görə, yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğluMəlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğluvə 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişlər. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib