Dərc edilib: 29-07-2018

https://www.nuh.az/16688-.html

Yenə işıq söndü, Tbilisi-Bakı qatarı yolda qaldı

29.07.2018 13:53:24

İqtisadiyyat

Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb. 

 Lent.az   xəbər verir ki, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.
 
Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib