Dərc edilib: 29-07-2018

https://www.nuh.az/16692-.html

Slobodan Miloşeviçin vəkili qətlə yetirildi

29.07.2018 15:55:39

Kriminal

Serbiyanın sabiq rəhbəri Slobodan Miloşeviçin vəkili olmuş Draqoslav Oqnyanoviç Belqradda qətlə yetirilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı vəkil evinin qarşısında silahla qətlə yetirilib, yanındakı 26 yaşlı oğlu isə yaralanıb. 
Qeyd edək ki, Miloşeviç hərbi cinayətlərdə ittiham edilərək 2001-ci ildə həbs edilmiş, 2006-cı ildə məhkəmə prosesi yekunlaşmadan dünyasını dəyişmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib