Dərc edilib: 30-07-2018

https://www.nuh.az/16701-.html

Leyla Əliyeva “Jara”nın sonuncu günündə - Fotolar

30.07.2018 11:12:12

Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda keçirilən "Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu gününə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, L.Əliyeva qırmızı xalıya Araz Ağalarov və ailəsi birlikdə çıxıb. O, “Çox gözəl bayrama görə hamıya təşəkkür edirəm! Sizə can sağlığı, xoşbəxtlik arzulayıram” deyib. 

Qeyd edək ki, Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib