Dərc edilib: 30-07-2018

https://www.nuh.az/16703-.html

"Azəravtoyol" 2 ildir xəstələrə zülm edir (FOTO)

30.07.2018 11:44:12

İqtisadiyyat

Bakının Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındakı yeraltı keçiddə eskolatorlar artıq 2 ilə yaxındır ki, işləmir.
Qaynarinfo xəbər verir ki, eskolatorla aşağı düşmək mümkün olsa da, qalxmaq üçün pilləkənlərdən istifadə etməlisən. Bu isə yaşlı insanların, xüsusən də müalicəyə gəlmiş xəstələrin gediş-gəlişində böyük çətinlik yaradır.
Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara məlumat versələr də, problem hələ də öz həllini tapmayıb.
Qeyd edək ki, eyni problemlə şəhərin digər yeraltı keçidlərində, o cümlədən Yusif Səfərov küçəsində və Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə rastlaşmaq mümkündür.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib