Dərc edilib: 30-07-2018

https://www.nuh.az/16717-.html

Prezidentdən Həsən Məmmədovla bağlı sərəncam

30.07.2018 18:08:05

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda bildirilir ki, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Sərəncamda qeyd edilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib