Dərc edilib: 31-07-2018

https://www.nuh.az/16722-.html

Xalq artisti dünyasını dəyişdi

31.07.2018 11:02:57

Cəmiyyət

Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.
 
APA-nın  məlumatına görə, Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

 

Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, bəstəkarla vida mərasimi sabah Bakı Musiqi Akademiyasında saat 12-dən 14-dək davam edəcək.
 
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
 
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib