Dərc edilib: 31-07-2018

https://www.nuh.az/16723-.html

“Müsavat” başqanı xəstəxanaya yerləşdirildi

31.07.2018 11:19:49

Mədəniyyət

“Müsavat” partiyasının başqanı Arif Hacılı xəstəxanaya yerləşdirilib. 


 Modern.az   xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, Arif Hacılı Bakıdakı Uroloji Mərkəzə yerləşdirilib.

Onun sözlərinə görə, Arif Hacılı hər iki böyrəyində daş olduğundan əməliyyata alınıb: “Onun böyrəklərindəki daş lazer üsulu ilə xırdalanır. Həkimlərin bildirdiyinə görə narahatlıq üçün heç bir əsas yoxdur və Arif Hacılının səhhəti normaldır”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib