Dərc edilib: 31-07-2018

https://www.nuh.az/16726-.html

Zakir Fərəcov Qubadakı şəlaləni villasına köçürüb

31.07.2018 14:16:16

Hadisə

Məmurların meşəni, dəniz sahilini hasarlaması, çayları, gölləri özəlləşdirməsi, dağları dağıdıb daş karxanası etməsi  Azərbaycanda adi hala  çevrilib. Düzdür prezident İlham Əliyev hərdən belə məmurlara  təpinir. Amma nə faydası...Məmurlar istədiyini edir.


NUH.az-a daxil olan məlumata görə, Quba-Xınalıq  yolunun Qırız-Dəhnə ərazisində, daha dəqiq desək, məşhur “Nazlı bulaq”a çatmamış gözəl bir şəlalə var imiş.

Yoldan keçənlər bu gözəl mənzərənin önündə dayanıb şəkil çəkdirər və sərinləyərdilər. Bir gün ərazinin sakinləri  səhər  yuxudan ayılanda görüblər ki, şəlalə  yerli-dibli yoxa çıxıb.  

Qədim zamanlarda əjdaha qardaş  suyun başını kəsdirib camaatı  suya həsrət qoyarmış.

İndi əjdaha qardaşı  məmurlar əvəz edir.

Əlqərəz, Quba camaatı xeyli axtarışdan sonra məşhur şəlalənin yerini tapa bilib. Sən demə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəlaləyə  mehri qonubmuş. Və gecə ilə şəlaləni 10 km uzunluğunda 300 mm-lik boru ilə ərazidəki möhtəşəm villasına aparıb.

Yaxın günlərdə məşhur şəlalə ilə bağlı çəkilişi  təqdim edəcəyik.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib