Dərc edilib: 04-08-2018

https://www.nuh.az/16759-.html

Azərbaycandan qanunsuz 100 min çıxararkən saxlanıldı

04.08.2018 14:25:04

İqtisadiyyat

Ölkədən 100 min manat çıxarmaq istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib