Dərc edilib: 04-08-2018

https://www.nuh.az/16761-.html

Nazir iki məmuru işdən çıxartdı, yeni rəis təyin etdi

04.08.2018 18:17:04

Maraqlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

"Report”  xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.
Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub. 
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib