Dərc edilib: 05-08-2018

https://www.nuh.az/16765-.html

Türkiyə qonşularla sərhədə 888 km sədd çəkdi - Fotolar

05.08.2018 10:43:16

Dünya

Türkiyə qanunsuz sərhəd pozuntularının və terrorçuların ölkəyə gizli yollarla keçidinin qarşısını almaq üçün qonşu ölkələrlə sərhədlərə divar inşa etdirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi ölkənin şərq və cənub-şərq bölgələrində 888 km uzunluğundakı divarın inşasını bitirib.

Sədd son olaraq İranla sərhəddə 43 km-lik hissənin inşasından sonra tamamlanıb.

Bundan başqa, gecə saatlarında sərhəd bölgələrinin daha aydın müşahidə edilməsi üçün Türkiyə-Suriya sərhədi Günəş panellərindən əldə edilən enerji ilə işıqlandırılacaq.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib