Dərc edilib: 05-08-2018

https://www.nuh.az/16776-.html

İranlı politoloq: "Cənubi Azərbaycan ayağa qalxacaq"

05.08.2018 15:02:51

Maraqlı

"İranın mərkəzi hakimiyyəti çökəcəyi halda Cənubi Azərbaycanda vəziyyət qarışacaq".

 teleqraf.com   xəbər verir ki, bunu iranlı politoloq Sadiq Zibakəlam deyib.
Politoloqun sözlərinə görə, İranda siyasi böhran yaranacağı halda qeyri-fars millətlərinin yaşadığı bölgələrdə kürtləvi etirazlar baş qaldıracaq:
"Bu dəfə yalnız kürd bölgəsində yox, Güney Azərbaycanda da qarışıqlıq baş verəcək. Çünki həmin bölgələrdə millətçilik düşəncəsi geniş yayılıb. Ölkədə mədəni tələblər təmin olunmadığı üçün, siyasi inkişafımız da yoxdur.
Məsələn, 1979-cu ildə sünnilər də inqilaba qoşuldular. Lakin hakimiyyətə gəlmiş dini qüvvənin yalnış siyasəti sünni bölgələrində hakimiyyətə qarşı etirazlar baş qaldırır. Buna Sistan, Bəlucistan və Xuzistanı misal göstərmək olar”.
Sadiq Zibakəlam hesab edir ki, İranın indiki vəziyyəti 1979-cu illə müqayisə daha mürəkkəbdir: "1979-cu il inqilabında hamı şaha qarşı birləşmişdi, bütün etirazçılar Ayətullah Xomeyninin ətrafında birləşmişdilər. Lakin indi hakimiyyətə qarşı etiraz edənlərin hərəsinin bir hədəfi var. Bu da narahatlıq yaradır. Çünki sabitlik pozularsa vəziyyət daha da pisləşəcək”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib