Dərc edilib: 05-08-2018

https://www.nuh.az/16779-.html

Paşinyan Seyran Ohanyanı həbs etməyə hazırlaşır

05.08.2018 16:29:46

LIVE

Erməni istintaq orqanları "Qarabağ klanı”nın liderlərindən daha biri-sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ittihamlar irəli sürüb.

 virtualaz.org  xəbər verir ki, bu barədə "Armtime" xəbər yayıb.
Bildirilir ki, S.Ohanyan 1 mart 2008-ci ildə dinc nümayiş iştirakçılarının güllələməsinin təşkilində ittiham edilir. Xatırladaq ki, hazırda qoruma altında saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan da eyni ittihamla həbs edilib.
S.Ohanyan dinc nümayişin güllələnməsi zamanı Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi vəzifəsini tutub. Keçən əsrin 90-cı illərinin əvvəllərində Sergey Ohanyan Qarabağın dinc mülki əhalisinə qarşı hərbi-cəza əməliyyatlarında bilavasitə iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib