Dərc edilib: 06-08-2018

https://www.nuh.az/16788-.html

Naxçıvanda polkovnikin qızı ərini qətlə yetirdi

06.08.2018 11:03:20

Reportaj

Naxçıvan Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisinin qardaşı qızı həyat yoldaşını bıçaqlayıb


Naxçıvan Muxtar Respublikasında qadın ərini bıçaqlayıb. Hadisə ilə bağlı Hurriyyet.org-a verilən məlumatda deyilir ki, ərlə arvad arasında baş verən ailə münaqişəsi zamanı qadın kişini bıçaqlayaraq qətlə yetirilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindəki mənbəmizdən Hurriyyet.org-a daxil olan bilgilərə görə, ərini bıçaqlayan qadının atası Əlahiddə Ümumqoşun Ordusunda (Naxçıvan Hərbi Korpusu-red.) çalışan polkovnik-leytenant Yusif Yusifovdur. Qadının əmisi isə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Qibləli Sefil oğlu Yusifovdur.

Hurriyyet.org-a verilən informasiyada həmçinin, o da qeyd olunur ki, qadın ərini bıçaqladıqdan sonra atası Yusif Yusifova zəng edib və hadisə ilə bağlı onu məlumatlandırmaqla yanaşı, təcili evinə çağırıb. Qadın etiraf edib ki, əri onu zirzəmiyə salıb döymək istəyərkən həyat yoldaşını bıçaqlayıb. Polkovnik-leytenant isə öz növbəsində, qardaşı Qibləli Yusifovla bərabər qızının evinə yollanıb. Ötən gün isə Yusif Yusifov, qızı, həyat yoldaşı və qardaşı Qibləli Yusifov saxlanılıb.

Onu da nəzərinizə çatdıraq ki, həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən şəxs Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində məsul vəzifədə çalışan İsa müəllimin qardaşı oğludur. Mövzunu diqqətdə saxlayacağıq.

 

Hurriyyet.org

NUH informasiya agentliyi səhifəsindən çap edilib