Dərc edilib: 12-08-2018

https://www.nuh.az/16804-.html

Aslanların sayı sürətlə azalır: nə qədər qalıb?

12.08.2018 15:17:46

İdman

Dünya Təbiəti Mühafizə Fondu aslanların sayının sürətlə azaldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, təşkilatın məlumatında son 21 ildə Afrikada aslanların sayının 42% azaldığı, cəmi 20 min aslanın qaldığı vurğulanıb. Qanuni və qeyri-qanuni ov, xəstəliklər bu canlıları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyur. 
Dünya Təbiəti Mühafizə Fondu təbii qoruqların yaradılaraq bu canlıların mühafizəsini təklif edir.
Qeyd edək ki, Hindistanda 600-ə qədər Asiya aslanı nəzarətə götürülüb və saylarının artırılması üçün tədbirlər görülür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib