Dərc edilib: 12-08-2018

https://www.nuh.az/16811-.html

Prezidentlər Xəzərə nərə buraxdılar - Fotolar

12.08.2018 20:56:04

Siyasət

Avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.

 

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib