Dərc edilib: 12-08-2018

https://www.nuh.az/16816-.html

İlqar Məmmədovun məhkəməsinin vaxtı bilindi

12.08.2018 23:04:09

Hadisə

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsinin vaxtı müəyyənləşib.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, məhkəmə iclası avqustun 13-ü saat 09:00-da Şəki Apelyasiya Məhkəməsində keçiriləcək. Prosesə hakim Gündüz Abbasov sədrlik edir.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib