Dərc edilib: 13-08-2018

https://www.nuh.az/16822-.html

Bakıda jurnalist hamilə arvadını küçədə döyüb - Fotolar

13.08.2018 12:02:08

Hadisə

Bakıda ər arvadına ağır işgəncə verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dünən isə işgəncə izlərini əks etdirən fotolar yayımlanıb.

Məlumata görə, jurnalist Anar Gəraylı bir neçə ay öncə ailə həyatı qurduğu Pərvanə Qurbanlını küçənin ortasında döyüb. Hamilə olduğu bildirilən P.Qurbanlı hadisə nəticəsində ağır xəsarət alıb. 

Bundan öncə də dəfələrlə şiddətə məruz qaldığını qeyd edən Pərvanə Qurbanlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə vəkili məşğul olur. 

A.Gəraylı isə zənglərə cavab vermədiyi üçün onun münasibətini öyrənmək mümkün olmayıb.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib