Dərc edilib: 14-08-2018

https://www.nuh.az/16836-.html

Deputat İlqar Məmmədovun azadlığa çıxması haqqında: “Obyektiv qərardır”

14.08.2018 11:46:26

Günün sitatı

"İlqar Məmmədovun azadlığa buraxılmasını çox müsbət qiymətləndirirəm”.

Bunu "BBC Azərbaycanca”ya Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Deputat İ.Məmmədovun azadlığa buraxılmasını "bir neçə nöqteyi-nəzərdən müsbət əks-səda yaradacaq hadisə” adlandırıb:
"Bu problemdən Azərbaycanı istəməyən və Azərbaycana qarşı mövqedə dayanan qüvvələr çox istifadə edirdilər, bizim başımızı çox ağrıdırdılar. Azərbaycana haqq-nahaq, xoşagəlməz, reallıqdan kənar və həqiqətlə qarışdırılmış, yalan, böhtan yüz cür durumlar söyləyirdilər. Azərbaycan hüquq-mühafizə orqanları bu təzyiqlərə dözdü. Obyektiv, çox düzgün və siyasi mövqeyimizə müsbət təsir göstərəcək qərar qəbul etdilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib