Dərc edilib: 14-08-2018

https://www.nuh.az/16838-.html

Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü

14.08.2018 12:01:22

Hadisə

Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib.


 Virtualaz.org   xəbər verir ki, 1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş.

Lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib.

Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib