Dərc edilib: 14-08-2018

https://www.nuh.az/16839-.html

Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı

14.08.2018 12:14:58

Kriminal

Nizami rayonunda bank mühasibinin evindən külli miqdarda oğurluq olub.

 ölkə.az   xəbər verir ki, Qara Qarayev prospekti 119-da Orxan Elxan oğlu Məmmədova məxsus mənzildən 50 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq barədə polisə elə zərərçəkən özü məlumat verib. Hadisə yerinə 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək mənzildən əl-barmaq izləri götürüblər və zərərçəkənin izahatı alınıb. 
Qeyd edək ki, Orxan Məmmədov Mərkəzi Bankda mühasib işləyir. 
Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsiylə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib