Dərc edilib: 14-08-2018

https://www.nuh.az/16841-.html

Dünyada belə intihar görülməyib: təyyarəni evinə çırpdı (FOTO)

14.08.2018 13:55:46

İdman

ABŞ-ın Yuta ştatından bu vaxta qədər görülməmiş intihar hadisəsi qeydə alınıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bir gün öncə ailəsi ilə mübahisə etdiyi üçün saxlanılan 42 yaşlı Duan Youd adlı pilot sərbəst buraxldıqdan sonra idarə etdiyi təyyarəni evinə çırparaq intihar edib.
Əyalət polis rəisi mətbuata verdiyi açıqlamada təyyarənin Spanish Fork hava limanından havaya qalxdığını və hadisə zamanı evdə olan 2 nəfərin xoşbəxtlikdən sağ qaldığını bildirib. Onlar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı güclü partlayış olub və ev yararsız hala düşüb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib