Dərc edilib: 15-08-2018

https://www.nuh.az/16850-.html

Bakıda ağır qəza böyük tıxac yaratdı - Foto

15.08.2018 10:01:53

Hadisə

Dünən  axşam saatlarında Bakıda Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Oxu.Az-a istinad xəbər verir ki, “Toyota Land Cruiser” markalı avtomobil bir neçə işıq fənərini aşırdaraq, başqa avtomobillərlə toqquşub.

Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Qəza nəticəsində Ziya Bünyadov prospektində Koroğlu metro stansiyası istiqamətində böyük tıxac yaranıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib