Dərc edilib: 15-08-2018

https://www.nuh.az/16851-.html

Mehman şərti azadlıq üçün məhkəməyə müraciət etdi

15.08.2018 10:06:54

Cəmiyyət

Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Vəkili Şəhla Hümbətova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib