Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16861-.html

ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb

16.08.2018 11:14:41

Mədəniyyət

ABŞ REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.


Trend   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyanatında bildirilib.

Qeyd edək ki, 13 avqust tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib