Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16863-.html

Azərbaycan əhalisinin sayı açıqlandı: neçə milyon olduq?

16.08.2018 12:11:32

Günün sitatı

Azərbaycan əhalisinin sayı açıqlanıb. 
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 049 nəfər artaraq bu il iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb. 
Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib