Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16871-.html

Serj Sarkisyan istintaqa çağırıldı

16.08.2018 15:53:32

Maqazin

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan istintaqa çağırılıb.

 

  Qaynarinfo xəbər verir ki, bu barədə Erməinstan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan məlumat verib. Sarkisyanın 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra İrəvanda baş verən hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində ifadəsi alınacaq. Qeyd edək ki, 2008-ci ilin seçkilərindən sonra baş vermiş iğtişaşlar zamanı polis və ordu dinc aksiyaçılara qarşı güc tətbiq edib. Olaylar zamanı 10 nəfər ölüb, 250 nəfər yaralanıb. Bu seçkilərdə Ermənistanda hakimiyyət dəyişikliyi olub və Robert Koçaryan hakimiyyəti Sarkisyana ötürüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib