Dərc edilib: 16-08-2018

https://www.nuh.az/16873-.html

Təqaüdçülərə şad xəbər: pensiyalar hesablara köçürüldü

16.08.2018 16:58:31

Hadisə

Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Qurban bayramı münasibətilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Fond avqust ayının 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, avqustun 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, avqustun 15-də ölkənin digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib